Akademiyanın UX&UI Dizayn üzrə instruktoru olan Xəyal Novruzov 5 ildən çoxdur ki, dizayn sahəsindədir. Əsasən, mürəkkəb “SaaS” məhsullarının istifadəçi araşdırması və dizayn edilməsi üzrə ixtisaslaşıb.
UX&UI Dizayn təcrübəsinə “VABISS” IT həlləri şirkətində başlamışdır. Yaratdığı “Papigo” (Dopet) startapı hazırda ABB Innovation-ın rezidentidir və startapın qlobal bazara çıxarılması yönündə hazırlıqlar görür. Hazırda isə Xəyal Unibankda Məhsul Dizayneri kimi karyerasına davam edir. Onun karyerasında UX araşdırması üzrə müxtəlif təyinatlı həllər və rəqəmsal məhsulların istifadəçi təcrübəsi dizaynı mühim yer tutur. Xəyal həm də bir neçə mobil tətbiqin dizayneridir.